Xəbər lenti

Bakıda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası
Ölkə10:31 18.10.2013

Bakıda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Rusiyanın Bakıdakı səfirliyinin qarşısında Yeqor Şerbakovun ölümündə şübhəli bilinərək iki ay müddətində həbs olunmuş Orxan Zeynalovun həbsindən narazı olanlar etiraz aksiyası keçiriblər. 

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, əvvəlcə aksiya yerinə Azərbaycanın Beynəlxalq diaspora mərkəzi qeyri-hökumət təşkilatının iki fəalı yaxınlaşıb və toplaşan jurnalistlər arasında qətnamə yayıblar.

İnsanlar Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən Zeynalova qarşı insanlığa sığmayan rəftara qarşı etiraz edirlər.

Səhər vaxtlarında səfirliyə daha bir neçə adam yaxınlaşıb. Onlardan biri özünü Qarabağ müharibəsi əlili kimi təqdim edərək, Rusiyanı Azərbaycan torpaqlarının işğalına dəstək göstərməkdə ittiham edib və etiraz əlaməti olaraq, öz ayaqqabısını səfirliyə atıb. Polis əməkdaşları qayda pozucusunu saxlayıblar.

Qaynar.info