Xəbər lenti

Bakıda sabahdan bu yollar bağlanır - SİYAHI
Ölkə08:35 16.06.2015

Bakıda sabahdan bu yollar bağlanır - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yollar Bakı 2015 Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq bağlanacaq.
Bakı 2015 Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, paytaxtdakı bəzi yollar bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakı 2-ci dairəvi yolunda Jumeirah Beach otelinin yaxınlığındakı dairədən Sea Breeze istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyi arasındakı hissəyədək iyunun 17-18-i tarixlərində aşağıda göstərilən vaxtlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
17 iyun:
11:30 – 15:30: «Jumeirah Beach» otelinin yaxınlığındakı dairədən — «Sea Breeze» istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-dək.
18 iyun:
05:30 – 20:40: «Jumeirah Beach» otelinin yaxınlığındakı dairədən Bilgəh Estates-in qərb hissəsində 1-ci geri döngəyədək.
06:30 – 18:40: Bilgəh Estates – in qərb hissəsində 1-ci geri döngədən — Sea Breeze istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək
Sürücülərə aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür:
- Bilgəh istiqamətində hərəkət edən sürücülər «Jumeirah Beach» otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilər
- «Bilgəh Estates»-dən qərb istiqamətdə hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov) istifadə edə bilər
- Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilər.
Qaynar.info