Xəbər lenti

Bakıda sabiq prokuroru avtomobil vurdu
Ölkə05:37 12.12.2022

Bakıda sabiq prokuroru avtomobil vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir.
Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.