Xəbər lenti

Bakıda şagirdlə insident yaşayan texniki işçi vəzifəsindən azad olundu (VİDEO)
Video 14:04 11.06.2024

Bakıda şagirdlə insident yaşayan texniki işçi vəzifəsindən azad olundu (VİDEO)

Bakıda məktəbdə şagirdlə insident yaşayan texniki işçi vəzifəsindən azad olunub.

Bu barədə Qaynarinfo-ya Səbail rayonu 189-190 saylı orta məktəbdən məlumat verilib.

Bildirilib ki, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.

Vurğulanıb ki, məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib: "Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->