Xəbər lenti

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
Ölkə 20:56 11.07.2026

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar

İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən "SUDU” sağlamlıq mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimli baş nahiyəsinə küt alətlə vurularaq öldürülüb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Natiq Fətiyev qətldə şübhəli bilinir.

Onun münaqişə zəminində B.Rəhimlini öldürüb, daha sonra meyiti Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atdığı bildirilir.

N.Fətəliyev polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->