Yol polisinin baş serjantı geyimində olan naməlum şəxs özünü şübhəli aparıb
Bakıda saxta polis tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Dövlət Yol Polis İdarəsinin inzibati binasında, yol polisinin baş serjantı geyimində olan naməlum şəxs özünü şübhəli aparıb. Bu səbəbdən komendant xidmətinin əməkdaşları ondan xidməti vəsiqəsini təqdim etməyi xahiş ediblər. Bu zaman o, qaçmağa cəhd göstərib. Lakin bu cəhd uğursuz olub və onu tutublar.
Onun Bakı şəhər sakini Əfsun Rəcəbov olduğu müəyyən edilib.