Xəbər lenti

Bakıda saxta pul kəsənlər tutuldu
Ölkə10:20 19.03.2013

Bakıda saxta pul kəsənlər tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi saxta əskinasların hazırlanması ilə məşğul olan dəstə barədə məlumat yayıb. Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində, Müşfiqabad qəsəbə sakinləri İlham Hüseynov, Elnur Rəsulov, Rüstəm Cəfərov 25 ədəd 100, 17 ədəd 50, 21 ədəd 20, 8 ədəd 10 və 10 ədəd 5 manatlıq saxta əsginazları (3900) 1150 manata satarkən tutulublar. İ.Hüseynovun üzərinə baxış zamanı əlavə 2 ədəd 100, 3 ədəd 50, 6 ədəd 20 və 3 ədəd 10 manatlıq, habelə "Mercedes" markalı avtomaşınında 186 ədəd 100, 7 ədəd 50, 8 ədəd 20 və 1 ədəd 5 manatlıq saxta əsginazlar aşkar edilərək götürülüb. R.Cəfərovun evinə baxış zamanı 1 ədəd rəngli printer, 1 ədəd noutbuk, 1 ədəd kağızkəsən alət, müxtəlif nominallarda olan natamam əskinazlar və rənglər aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Qaynar.info