Paytaxtda Nitq və Eşitmə Qüsurluların Cəmiyyətinin sədr seçkilərində mübahisə yaşanıb.
ANS TV-nin məlumatına görə, Cəmiyyət üzvləri səlahiyyətlərindən sui-istifadə etdiyinə görə, indiyə kimi vitse-prezident olan Musa Tukanova etiraz ediblər. Onlar vitse-prezidentin qurumdan uzaqlaşdırılmasını tələb ediblər.
Hətta Cəmiyyət üzvləri ilə Tukanov arasında baş verən qalmaqala görə, əraziyə polis qüvvələri yeridilib.