Xəbər lenti

Bakıda səfir öldü
Ölkə05:05 07.04.2015

Bakıda səfir öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib. Bu barədə APA-ya teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq edən Emin Musəvi xəbər verib.
Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib. “O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb", - deyə Emin Musəvi bildirib.
1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib.
Qaynar.info