
Milli.Az-ın məlumatına görə, bir neçə gün əvvəl doğan 22 yaşlı Pəri Məmmədova iki gün əvvəl həyatını itirib. Doğuş 7 saylı Doğum Evində olub. Sonra vəziyyəti pisləşən P.Məmmədova 1 saylı Şəhər Xəstəxanasına, oradan isə Mərkəzi Gömrük Hospitalına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
7 saylı Doğum Evinin baş həkimi Xatirə Murtuzayeva Milli.Az-a açıqlamasında bildirdi ki, şəhid qızı olan P.Məmmədova doğuşa gətirilən zaman vəziyyəti ağır olub. Doğuş baş tutandan sonra məlum olub ki, həmin xəstə hamiləlik dövründə heç bir müayinədən keçməyib. Böyrəkləri və ödü xəstə olan P. Məmmədovanın vəziyyəti ağırlaşdığından 1 saylı Şəhər Xəstəxanasına göndərilib. Orada dializ edilib və vəziyyəti bir qədər normallaşıb. Sonradan isə məlum olub ki, ödü çürüyüb və Mərkəzi Gömrük Hospitalına köçürülüb.
P.Məmmədovun dünyasını dəyişməsindən xəbərsiz olduğunu deyən baş həkim ölümün doğuşla bağlı olmadığını vurğuladı.
Mərkəzi Gömrük Hospitalından isə Milli.Az-a bildirildi ki, bu haqda mətbuata heç bir məlumat verilmir. Suallara cavabı ancaq baş həkimdən almağın mümkünlüyü deyilsə də, onunla əlaqə yaradılmadı.
Qaynar.info