Xəbər lenti

Bakıda səkkiz köhnə yaşayış binası söküləcək
Ölkə06:47 19.07.2014

Bakıda səkkiz köhnə yaşayış binası söküləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Koroğlu Rəhimov küçəsində müasir parkın salınması ilə bağlı işlər davam etdirilir”.

Heydər Əliyev prospektində istismar müddətini keçmiş 8 yaşayış binalarının sökülməsi, yerində müasir, milli memarlıq üslubunda 4 ədəd yeni yaşayış binalarının tikintisi nəzərdə tutulub.

Qaynar.info SalamNews-a istinadən xəbər verir ki, bunu açıqlamasında, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib.

Onun sözlərinə görə, Koroğlu Rəhimov küçəsində sökülmüş 7 yaşayış binasının yerində müasir parkın salınması ilə bağlı işlər davam etdirilir:

“İndi parkın birinci hissəsində işlər başa çatdırılıb. Parkın ikinci hissəsinin 2 mərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur”.

Qaynar.info