Xəbər lenti

Bakıda sərnişin avtobusu 2 nəfəri vurdu
Ölkə05:14 23.05.2013

Bakıda sərnişin avtobusu 2 nəfəri vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi şosesində Aslan Əliyev idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu ilə 2 nəfəri vurub. 

Nəticədə piyadalardan 1961-ci il təvəllüdlü Balabəy Qasımov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Digər piyada 1971-ci il təvəllüdlü Xanbala Mirzəyev isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, piyadaları vurmuş sərnişin avtobusu 161 saylı xətt üzrə hərəkət edirmiş. Faktla əlaqədar Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Qaynar.info