Xəbər lenti

Bakıda sərnişin avtobusu mağazaya girdi: - YARALILAR VAR - FOTO
Ölkə06:21 05.12.2013

Bakıda sərnişin avtobusu mağazaya girdi: - YARALILAR VAR - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəzaya uğrayan 136 saylı sərnişin avtobusunda olan 3 sərnişin ağır bədən xəsarətləri alıb


Bu gün saat 09:20 radələrində Bakının Xəzər rayonu ərazisində sərnişin avtobusu ağır qəzaya uğrayıb. Hadisə Mərdəkan qəsəbəsi, Polis Akademisyasının yanında qeydə alınıb.

136 saylı sərnişin avtobusu yaxınlıqdakı mağazaya girib. Qəza nəticəsində 3 nəfər ağır yaralanıb. Yaralılar 43 yaşlı Rafiz Əsgər oğlu Nəcəfov, 26 yaşlı Elşən Əmirov və 22 yaşlı Hüseyn Mütəllim oğlu Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

Qaynar.info