Xəbər lenti

Bakıda sərnişin avtobusu qəza törətdi: 9 yaralı
Ölkə11:28 26.02.2015

Bakıda sərnişin avtobusu qəza törətdi: 9 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün saat 19 radələrində Bakının Sabunçu qəsəbəsində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə zamanı 9 nəfər xəsarət alıb. 

Belə ki, qəsəbə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusu ilə onları vurub. Nəticədə avtomobillərdə olmuş 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti və Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev tutulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.//azadliq.info

Qaynar.info