
Bakıda sərnişin avtobusu yanıb. Ans press-in xəbərinə görə, hadisə şəhərin Afiyəddin Cəlilov küçəsində baş verib.
Hadisə yerinə dərhal FHN yanğından mühafizə briqadaları cəlb olunub.
İlkin məlumata görə, yanğın nəticəsində təlafat olmasa da avtobus istifadəyə yararsız hala düşüb.
Bakının Xətai rayonunda qəfil alışan "Mercedes" markalı avtobusun arxa təkəri yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal nazirliyin yanğından mühafizə briqadaları cəlb olunub.
Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:05 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Qaynar.info