Xəbər lenti

Bakıda sərnişin avtobusu zəncirvari qəza törətdi
Ölkə05:02 16.12.2013

Bakıda sərnişin avtobusu zəncirvari qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

202 saylı marşurut VAZ 2107 markalı minik maşınına, o da “Kia” markalı digər nəqliyyat vasitisəsinə çırpılıb

Ötən gecə paytaxtda sərnişin avtobusunun iştiraki ilə zərcirvari yol qəsazı baş verib. ANS PRESS-in məlumatına görə, metronun “Gənclik” stansiyası yaxınlığındakı yol ötürücüsündə qeydə alınan hadisə zamanı 3 avtomaşın toqquşub.

202 saylı xətt marşurutu üzrə hərəkət edən “Daewoo” maraklı sərnişin avtobusu tunellə üzü Ağa Nemətulla küçəsi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtobus qarşısında gedən VAZ 2107 markalı minik maşınına dəyib. “Jiqulu” isə öz nəvbəsində “Kia” markalı digər nəqliyyat vasitisəsinə çırpılıb.

Xoşbəxtlikdən istər avtobusda olan sərnişinlər, istərsə də sürücülər arasında xəsarət alan olmayıb.

Qaynar.info