Xəbər lenti

Bakıda sərnişin avtobusunda QORXUNC OLAY
Ölkə10:53 05.11.2016

Bakıda sərnişin avtobusunda QORXUNC OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Sabunçu rayonunda 55 yaşlı kişi avtobusdan düşmək istəyərkən yıxılıb.
Qaynarinfo.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə 1-ci Zabrat adlanan ərazidə baş verib. 1961-ci il təvəllüdlü Mirzəyev Vaqif Əli oğlu sərnişin avtobusundan düşmək istəyib. O, müvazinətini itirib və yerə yıxılıb. Nəticədə sınıq xəsarətləri alan sərnişin yaxınlıqdakı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, V.Mirzəyev sərxoş olub.
Qaynarinfo.Az