Xəbər lenti

Bakıda sərxoş qadın sürücü yol polisləri ilə əlbəyaxa oldu - FOTOLAR
Ölkə06:25 14.02.2015

Bakıda sərxoş qadın sürücü yol polisləri ilə əlbəyaxa oldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda sərxoş vəziyyətdə olan qadın sürücü yol polislərinə tabe olmayıb. “Report”un məlumatına görə, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.
Belə ki, yol polisləri tərəfindən qayda pozduğü üçün saxlanılan KIA markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib. Sürücü, həm də onları söyüş söyməklə təhqir edib. M.K. hadisə yerinə çağrılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.
Sürücünün qayda pozuntuları barədə protokol tərtib olunandan sonra etdiyi hərəkətlərə də hüquqi qiymət veriləcək.
Qaynar.info