Xəbər lenti

Bakıda sərxoş qadın sürücülər tutuldu - FOTO
Ölkə05:31 02.02.2015

Bakıda sərxoş qadın sürücülər tutuldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının şəxsi heyəti paytaxt ərazisində iki gün ərzində 50 sərxoş sürücü aşkarlayıb. Bu barədə avtosfer.az-a 11-ci tağımın komandiri, polis baş leytenantı Mərdan Əliyev məlumat verib. 
Onun sözlərinə görə, yanvarın 30-31-də gecə keçirilən tədbirlər nəticəsində aşkarlanan 50 sərxoş sürücüdən 5 nəfəri xanım sürücü olub. Onların hər biri barəsində inzibati protokol tərtib edilib, avtomobillər isə cərimə meydançasına aparılıb.
Bundan əlavə, avtoxuliqanlıq edən 2 sürücü də saxlanılaraq barəsində inzibati protokol tərtib olunduqdan sonra məhkəməyə təqdim edilib. 
Qaynar.info