Xəbər lenti

Bakıda sərxoş sürücü polisi təpiklə döydü
Ölkə06:25 01.04.2015

Bakıda sərxoş sürücü polisi təpiklə döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yol polisi sürücünü saxladığı üçün döyülüb. “Qafqazinfo”nun verdiyi xəbəər görə, hadisə Xətai rayonu M.Hadi küçəsində baş verib.
Bakı sakini 1986-cı il təvəllüdlü Fikrət Məmmədov sərxoş vəziyyətdə idarə etdiyi Volksvagen markalı 99 DO 706 nömrəli avtomobillə yol hərəkəti qaydasını pozub. Bu səbədən DYPİ-nin inspektoru polis baş serjantı 1966-cı il təvəllüdlü Oruc Tağıyev tərəfindən saxlanılıb. Həmin vaxt avtomobildə olan sərnişin 1987-ci il təvəllüdlü Ramil Bağırov polisi təpikləyərək döyüb. O.Tağıyev hadisə nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info