
Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda sex yanıb.
Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 6 kv.m olan təkər təmiri sexinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:35 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.Qaynar.info