
Ötən gün saat 20:00 radələrində bir gənc oğlan özünü dənizə atmaq istəyib, amma yanındakı dostları onun tutaraq skamyaya uzadıblar.
Həmin oğlan isə “Şeytana xidmət edirəm”, “atam, anam sudadır, buraxın məni” kimi sözlər deyərək onlardan ozünü xilas etmək istəyib. Lakin əraziyə çağırılan təcili yardım həkimi gəncə iynə vurandan sonra o sakitləşib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından milli.az-a bildirilib ki, həmin gənc 20 yaşlı Rəhim Əsədovdur. Dünən saat 20:14-də daxil olmuş çağırış əsasında təcili yardım briqadası bulvarda “Saat qülləsi”nin yaxınlığına gedib. R.Əsədovun isterik nevrozdan əziyyət çəkdiyi məlum olub.