Bakıda silah-sursat aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən noyabrın 20-də Balaxanı qəsəbəsi Təmiz Şəhər ASC-nin ərazisindən 1 ədəd tank əleyhinə mina, 3 ədəd patron və 1 ədəd “Voltran” tipli tapança tapılıb.