
Bakıda keçmiş məhkumdan silah götürülüb.
Bakı şəhər Baş Polis İdarəsindən Anspressə verilən məlumata görə, Pirallahı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Murad Hüseynovdan barabanında 1 ədəd patron olan “Naqan” tipli tapança aşkar olunub.
Araşdırmalar zamanı Murad Hüseynovun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qaynar.info