Bakının Xətai rayonu ərazisində polis xüsusi əməliyyat keçirib.
Daxiliİşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatagörə, əməliyyat Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsininəməkdaşları tərəfindən keçirilib.
Keçirilənəməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər də 8 dəfə məhkumolunmaqla 20 il həbsdə yatmış Bakı şəhər sakini, 43 yaşlı Çingiz Hacıyevşübhəli şəxs qismində saxlanılıb.
Onun üstünəbaxış zamanı sandıqçasında 3 ədəd güllə olan “Makarov” markalı tapançaaşkarlanaraq maddi sübut kimi götürülüb. Təxminən 2 ay əvvəl azadlığaçıxan Çingiz Hacıyev ilkin ifadəsində bildirib ki, silahı guya bir neçəgün bundan qabaq tapıb. Elə həmin vaxtdan da üstündə gəzdirməyəbaşlayıb.
Saxlanılan şəxs onu da bildirib ki,tapançanı satmaq niyyətində olub. Bunun üçün müştəri də axtarıb. Lakinpolis əməkdaşları onu yaxaladığından istəyinə çata bilməyib.
Silahdan hər hansı cinayətdə istifadə edilib edilmədiyini kriminalistik ekspertiza araşdırır.
Faktlabağlı cinayət işi başlanıb. İstintaq saxlanılan şəxsin soyğunçuluq vəoğurluq cinayətləri törətdiyini də ehtimal etdiyindən bu istiqamətdəaraşdırmalar davam etdirilir.
Fotoda gördüyünüzbu şəxsin cinayət əməllərindən zərərçəkmiş vətəndaşlardan Xətai RayonPolis İdarəsinə müraciət etmələri xahiş olunur.