Xəbər lenti

Bakıda silahlı sürücü polis maşınını vurdu
Ölkə11:00 14.08.2015

Bakıda silahlı sürücü polis maşınını vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 14-də paytaxtın Xocəsən qəsəbəsində sürücü polis maşınını vurub. Qaynar.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, “Fiat Dobla” markalı avtopatrulda xidmət aparan polis əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan “Pejo” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.
Lakin hərəkəti davam etdirən sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib. Görülmüş tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıblar.
Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılmış idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb. 
Qaynar.info