Xəbər lenti

Bakıda şirkət rəhbəri həbs edildi
Ölkə12:45 21.01.2015

Bakıda şirkət rəhbəri həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətəndaşları aldadan “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin  direktoruna qarşı cinayət içi açılıb.
Baş Prokurorluqdan  verilən məluimata görə, Bakı şəhər sakini Gündüz Cəfərovun ona qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Binəqədi Rayon Polis İdarəsində araşdırılıb.
Aparılmış araşdırmalar zamanı “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin  direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri  işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar alıb, həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V.Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə Bakı şəhər Baş Polis İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir. 
Qaynar.info