Xəbər lenti

Bakıda şirkətə basqın olub
Ölkə08:27 23.07.2014

Bakıda şirkətə basqın olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda “Gilan Aqro” MMC-yə basqın edən maskalı şəxslərdən biri saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Koroğlu Rəhimov küçəsində yerləşən “Gilan Aqro” MMC-yə məxsus ofisə 2 nəfər maskalı şəxs basqın edib. Onlar 1957-ci il təvəllüdlü mühafizəçi İntiqam Axundova zor tətbiq etməklə, əllərini skoçla bağlayıb.

Həmin şəxslər mühasibat otağından içərisində 60 min manat, 4180 ABŞ dolları olan dəmir seyfi aparıblar.

Hadisədən sonra dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nərimanov rayon Polis İdarəsi və 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Elnur Məmmədov tutulub.

Cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info