Xəbər lenti

Bakıda şok qətl hadisəsi - GÜLLƏLƏNMƏ
Ölkə05:13 03.09.2013

Bakıda şok qətl hadisəsi - GÜLLƏLƏNMƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün axşam saat 21:00 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. 

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, Məşədi Hilal Kazımov küçəsi 8 ünvanında, alqı-satqı ofisinin qarşısında, camaatın gözü qarşısında güllələnmə hadisəsi baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov odlu silahdan atəş açaraq 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu güllələyib. Açılan atəş nəticəsində Elçin Fərəcov ağır yaralanıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır. // ANS Press

Qaynar.info