Suyun hündürlüyü 6-cı mərtəbəyə çatıbBakı şəhəri Suraxanı qəsəbəsində su borusu fontan vurub.
Qaynar.info xəbər verir ki, bu barədə ANS PRESS-ə həmin ərazidə yaşayan Rafiq Hüseynov verib.
Onun bildirdiyinə görə, Yeni Günəşli qəsəbəsi V massivində yeni çəkilən su borusu təzyiqə dözməyib və axşam saat 21:00 radələrində partlayıb.
Şəkildən göründüyü kimi, suyun hündürlüyü 6-cı mərtəbəyə çatıb.
Hadisə yerindən çəkilmiş fotoları oxucularımıza təqdim edirik.
Qaynar.info

