Xəbər lenti

Bakıda su olmayacaq!
Ölkə05:44 07.08.2013

Bakıda su olmayacaq!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakının Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi küçəsindən keçən 500 mm diametrli magistral su xəttinin qəzalı vəziyyətdə olan 7 metrlik hissəsi dəyişdirilir.

Bununla əlaqədar bu gün ərzində paytaxtın Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Qaynar.info