Xəbər lenti

Bakıda süpürgəçilərə xüsusi geyimlər veriləcək
Ölkə15:00 05.01.2019

Bakıda süpürgəçilərə xüsusi geyimlər veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakıya məişət tullantılarının daşınması və küçələrin süpürülməsi üçün yeni texnikalar gətiriləcək” 
Bu barədə azvision.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.
Qurum rəsmisi deyib ki, bununla da təmizlik işlərində əl əməyi qismən aradan qaldırılacaq: "Təbii ki, əl əməyi tam aradan qaldırılmayacaq. Çünki küçəni maşın süpürə bilir. Amma, səkini, həyətləri, dalanları maşın süpürə bilmir”. 
İ.Kərimov, həmçinin vurğulayıb ki, təmizlik işçilərinin əmək fəaliyətinin yaxşılaşdırılması ciddi nəzarətdədir: "Təmizlik işçiləri yeni, o cümlədən sutkanın qaranlıq vaxtında çalışmaları üçün xüsusi geyimlərlə təmin olunacaq”.