Xəbər lenti

Bakıda sürücü polisin gözü qarşısında qayda pozdu və... (VİDEO)
Ölkə07:30 27.08.2018

Bakıda sürücü polisin gözü qarşısında qayda pozdu və... (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər yollarda baş verən qəzalar nəticəsində 10 nəfər həyatını itirib. Qəzaların baş verməsinə əsas səbəb ehtiyatsızlıq və yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır. Çox təəssüflər ki, baş verən son hadisələrdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi ölü sayının da artmasına səbəb olub. 
Qaynarinfo-nun Xəzər TV-yə istinadən məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları sürücüləri maarifləndirmək və xəbərdarlıq etmək məqsədilə paytaxt yollarında reyd keçiriblər.
Reyd zamanı yol hərəkətini pozan piyadalara xəbərdalıq olunub.
Reyd zamanı kobud qayda pozan sürücülər barəsində protokollar tərtib olunub, bəzilərinə isə xəbərdarlıq edilib.