Bakıda sürücülərdən biri bayram günü pulsuz işləyir.Qaynar.info xəbər verir ki, bu barədə məlumat "facebook" sosial şəbəkəsində yayılıb. Fotodan məlum olur ki, nömrəsi bəlli olmayan avtobus sürücüsü Ramzan bayramı ilə əlaqədar sərnişinlərə pulsuz xidmət göstərir. O, avtobusa belə bir elan yerləşdirib: “Ramazan Bayramı ilə əlaqədar gediş haqqı pulsuzdur. Bayramınız mübarək!”
Qaynar.info
