Xəbər lenti

Bakıda sürücülər üçün xoş xəbər
Ölkə18:03 17.05.2013

Bakıda sürücülər üçün xoş xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Üzeyir Hacıbəyov küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edərkən (Azərbaycan Dövlət Pedaqoji Universitetinin qarşısı) Rəşid Behbudov küçəsi ilə kəsişmədən hərəkət yalnız sağa olduğu halda, bu gündən edilən dəyişikliyə görə, həmin kəsişmədən düz Bülbül prospekti və Səməd Vurğun küçələrinin kəsişməsinə qədər hərəkətə icazə verilib.

Yəni Bakı Şəhər Prokurorluğunun qarşısına gedən yol ikitərəfli olub və bu istiqamətdə "Sahil" metrostansiyasını da keçərək düz hərəkət etmək mümkün olacaq.

Əsədov deyib ki, bununla bağlı yol nişanları quraşdırılıb.

Qaynar.info