Xəbər lenti

Bakıda sürücünün qarşısını kəsib vuran şəxş tutuldu (VİDEO)
Ölkə06:11 28.04.2020

Bakıda sürücünün qarşısını kəsib vuran şəxş tutuldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaraçuxur qəsəbəsində avtomobilin qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barəsində açıqlama verilib.
Qaynarinfo xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə qaydaları pozaraq sürücünün qarşısını kəsib onu vuran Suraxanı rayon sakini 32-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb.
Şikayət edən sürücü də 32-ci polis bölməsinə dəvət edilərək hər iki tərəfin izahatları alınıb. Şikayətçinin vurulması iddiası ilə bağlı qərar qəbul olunaraq məhkəmə-tibb ekspertizası da təyin edilib.
Bu məsələ ilə bağlı yekun qərar məhkəmə tərəfindən veriləcək- deyərək Vaqif Əsədov bildirib.
<iframe width="640" height="360" src="https://player.bax.tv/99587.html" frameborder="0" webkitallowfullscreen="" mozallowfullscreen="" allowfullscreen="">