Xəbər lenti

Bakıda sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir? (VİDEO)
Ölkə09:53 10.06.2020

Bakıda sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "qoçuluq” edərək, təhqir və təhdid yağdıran "AA” seriyalı avtomobilin sürücüsünün hərəkətləri kameraya düşüb.
Qaynarinfo avtosfer.az-a istinadən xəbər verir ki, videonu qeydə alan sürücü iyunun 5-də idarə etdiyi avtomobillə Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən 90-AA-582 qeydiyyat nişanlı "Mercedes” markalı maşının sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək onun qarşısını kəsib.
Videonu qeydə alan sürücü ona imkan verməyərək, öz zolağı üzrə hərəkət etməyə başlayıb.
Hərəkətinə yol verilməməsinə əsəbiləşən 90-AA-582 qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin maşının sürücüsünə "lotusan sən?”, "səninlə görüşəcəyəm” deyərək, ardınca nalayiq ifadələr işlətməyə başlayıb.
Bu azmış kimi, daha sonra avtomobilin qarşısına keçib hərəkət sürətini azaldaraq, həmin sürücünün hərəkətinə qəsdən mane olmağa çalışıb.
Qeyd edək ki, 90-AA-582 qeydiyyat nişanlı avtomobil "İxtisaslaşmış Avtomobillərin Qiymətləndirilməsi və Hərracı MMC”yə aiddir.
<iframe width="640" height="360" src="https://player.bax.tv/104493.html" frameborder="0" webkitallowfullscreen="" mozallowfullscreen="" allowfullscreen="">