Xəbər lenti

Bakıda sürüşmənin ən çox baş verdiyi ərazilər açıqlandı
Ölkə12:26 02.02.2021

Bakıda sürüşmənin ən çox baş verdiyi ərazilər açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı və Abşeronda sürüşmə əsasən Zığ və Əhmədli massivi, Qaraçuxur, Günəşli, Masazır və Badamdar zonalarında tez-tez müşahidə edilir”.
Qaynarinfo xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev "Ekspert saatı”nda deyib.
O qeyd edib ki, insan faktoru və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikası süni şəkildə artır: "İlk növbədə böyük su itkilərinin, yamacların istismarı zamanı kəskin kəsilmələrin qarşısının alınması və yüklənmələrin maksimal dərəcədə azaldılmasına ehtiyac var”.