Xəbər lenti

Bakıda Taksimə dəstək aksiyası - FOTOLAR
Ölkə14:03 01.06.2013

Bakıda Taksimə dəstək aksiyası - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakıda yaşayan bir qrup Türkiyə vətəndaşı İstanbulun Taksim meydanında baş verənlərə etiraz olaraq Fəvvarələr Meydanında aksiya keçirib. APA-nın məlumatına görə, Fəvvarələr Meydanına daxil olan təqribən 50-60 nəfərlik qrup “Taksimə azadlıq” şüarlarını səsləndirib. Aksiya təxminən 40 dəqiqə davam edib və əraziyə polislər gəldikdən sonra iştirakçılar dağılıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında da etiraz aksiyası keçirilib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, aksiyada 30-a yaxın insan iştirak edib. Taksimdə "Gezi parkı"nın dağıdılmasına etiraz əlaməti olaraq əsasən Azərbaycanda yaşayan türklərin iştirakı ilə keçirilən aksiyada ANS-in çəkiliş qrupuna təzyiq edilib.

Belə ki, aksiyanı dağıtmağa çalışan çevik polis alayı operatorun kamerasını əlindən alıb, onlara qarşı fiziki güc tətbiq edib, həmçinin foto çəkilişə maneə yaradılıb. Türkiyə vətandaşı Ayşə Kəskin ANS PRESS-ə açıqlamasında Ərdoğan rejimindən bezdiklərini, bu rejimin onların hüquqularını əllərindən aldığını deyiblər. "Taksim qədim mədəni tariximizi əks etdirir. Onu bizdən ala bilməzlər".

Qaynar.info