Xəbər lenti

Bakıda “Taxta bazarı“ yandı
Ölkə05:22 17.08.2021

Bakıda “Taxta bazarı“ yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nərimanov rayonunda "Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında baş vermiş yanğın söndürülüb.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilir ki, yanğın saat 02:30-da başlayıb. Hadisə yerinə FHN-in dörd yanğınsöndürmə maşını cəlb edilib və yanğın saat 02:43-də söndürülüb. Hadisə nəticəsində 70 kvadratmetr metr ərazidə taxtalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.