Xəbər lenti

Bakıda taxta bazarındakı yanğında ölən kimdir? - YENİ DETALLAR/VİDEO
Ölkə07:16 23.11.2023

Bakıda taxta bazarındakı yanğında ölən kimdir? - YENİ DETALLAR/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Ziya Bünyadov prospektindəki taxta bazarında baş verən yanğında həyatını itirən şəxslə bağlı yeni detallar məlum olub.
BAKU.WS-in əldə məlumata görə, yanğında həyatını itirən 1962-ci il təvəllüdlü Razi Qasımov yaxın qohumunun obyektində mühafizəçi işləyirmiş. Razi Qasımov yanğın baş verən zaman alovun mühafizə etdiyi obyektə də keçməsini görməsindən sonra halı pisləşərək hadisə yerində dünyasını dəyişib. 
TƏBİB-in yaydığı məlumata görə, Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, "Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.