Xəbər lenti

Bakıda təcili tibbi yardım maşını ağır qəzaya düşdü: 6 yaralı
Ölkə07:39 23.03.2014

Bakıda təcili tibbi yardım maşını ağır qəzaya düşdü: 6 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda təcili tibbi yardım maşını ağır qəzaya düşüb.

Qaynar.info xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində - İnşaatçılar prospektində baş verib. “Toyota Rav 4” markalı avtomobilin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının “Mercedes” markalı tibbi yardım maşınına çırpılması nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar arasında təcili tibbi yardım briqadasının sürücüsü, tibbi heyəti və xəstəxanaya aparılan şəxs də var.

Faktla bağlı araşdırmalar aparılır.

Qaynar.info