Xəbər lenti

Bakıda təhlükəli cinayətkar tutuldu
Ölkə12:22 10.11.2014

Bakıda təhlükəli cinayətkar tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəhşətli cinayətlər törədən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini 1984-cü il təvəllüdlü Rövşən Əliyev tutulub.

Saxlanılan şəxs noyabrın 8-də, saat 20.00 radələrində, Əmircan qəsəbə sakinləri 1987-ci il təvəllüdlü Arif Abbasovu bıçaqlayıb. Daha sonra 1985-ci il təvəllüdlü Şahrza Mirzəyevi öldürüb. Onun digər cinayətlərdə də əlaqəli olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qaynar.info