Xəbər lenti

Bakıda təhlükəli yolla bağlı Açıqlama
Ölkə09:55 19.02.2016

Bakıda təhlükəli yolla bağlı Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bakı-Sumqayıt yolunda çatların genişlənməsi və çökmə Avtovağzal üçün təhlükəli deyil”.

Virtualaz.org Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, hazırda ərazidə çatların genişlənməsi antropogen proses nəticəsində baş verib: “Bakı-Sumqayıt yolunun çökməsi və çatların əmələ gəlməsi sırf texnogen proseslər nəticəsində baş verib. Bunu yolu çəkənlərdən məlumat ala bilərsiniz, bizim səlahiyyətimizdən kənar məsələdir. Çökmənin ekzogen proseslə heç bir əlaqəsi yoxdur, antropogen amillərlə əlaqədardır. Buna görə də, biz işimizi saxladıq”.

Ə.Piriyev həmçinin bildirib ki, hazırda Bakı-Sumqayıt yolunda quyular qazılıb və təmir-bərpa işləri aparılır.

Qaynar.info