Xəbər lenti

Bakıda tələbə 16 mərtəbəli binanın damından özünü atıb - İNTİHAR
Ölkə08:37 24.03.2014

Bakıda tələbə 16 mərtəbəli binanın damından özünü atıb - İNTİHAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1994-cü il təvəllüdlü Kərimli Kamil Vaqif oğlu yerindəcə keçinib

Bakıda tələbə intihar edib. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə paytaxtın Dilarə Əliyeva küçəsi, 253 ünvanında yerləşən 16 mərtəbəli binada qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kərimli Kamil Vaqif oğlu binanın damından özünü atıb. O, yerindəcə keçinib.

Polisdən həmçinin bildirilib ki, K. Kərimli Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi olub.
K.Kərimlinin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. //APA