Xəbər lenti

Bakıda tələbə qız faciəvi şəkildə öldü (FOTO)
Foto 10:23 10.06.2025

Bakıda tələbə qız faciəvi şəkildə öldü (FOTO)

Bakıda gənc qız zəhərlənmədən vəfat edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.

Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.

D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.

Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.

Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->