Başı kəsilən 20 yaşlı tələbə Günel Nuriyevanın qatili məlum olub.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Güneli bacısı Pərvanə öldürüb və o artıq saxlanılıb.
Pərvanə yuxuda vergi aldığını bildirib və bu işi yuxuda gördüyü üçün etdiyini qeyd edib.
Xatırladaq ki, hadisə dünən Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı tələbə Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılmışdı.
Qaynar.info
22 oktyabr, saat 20:18
Bakıda dəhşətli qətl törədilib.
Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb.
Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
Faktla bağlı cinayət işi başlanıb, hazırda hadisəni tərədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
Qaynar.info