
Bu gün Texniki-Humanitar liseyində tələbələr aksiya keçirib.
AzNews.az əldə etdiyi məlumata görə, səhər saatlarında baş tutan aksiyada tələbələrin valideynləri də iştirak edib.
İlkin məlumata görə, tələbələrin aksiya keçirməsində məqsəd onların keçiriləcək yay imtahanlarında bəzi narazılıqlarla bağlıdır.
Onlar liseyin direktoru Simuzər Əliyevanın istefasını tələb ediblər.
Qaynar.info