Xəbər lenti

Bakıda temperatur 40 dərəcəyədək yüksələcək
Ölkə09:55 26.08.2014

Bakıda temperatur 40 dərəcəyədək yüksələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Qaynar.info