Xəbər lenti

Bakıda ötən ay hər şey bahalaşıb
Ölkə14:16 22.01.2014

Bakıda ötən ay hər şey bahalaşıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Statistika Komitəsi ötən ilin dekabrında bir çox ərzaq mallarının qiymətində ciddi bahalaşma qeydə alıb.

Amma 151 adda ərzaq malı üzrə müəyyən edilən inflyasiya aylıq hesablamada 2,6% olub. Halbuki bir sıra mallar 25-35% bahalaşıb. DSK-ya görə, meyvə-tərəvəz 6,2% və 9,9% bahalaşıb. O cümlədən xiyar ay ərzində 35,4%, kartof 29%, soğan 25,4%, şirin bibər 23,5%, pomidor 7,4%, göyərti və kələm 4,1% bahalaşıb.

Ay ərzində çörək məmulatı və yarma 0,2%, ət 0,3%, balıq 5,3%, süd məhsulları və yağ 0,7% bahalaşıb. Yumurtanın qiymətində ötən ilin iyunundan dekabra kimi 7,3%, tütün məmulatında 9% artım olub. Ekspertlərə görə, inflyasiya ilk növbədə aztəminatlı ailələrə, o cümlədən əlil və pensiyaçılara zərbə vurur.

Qaynar.info